AranNews-un, rus mediasına istinadən verdiyi xəbərə əsasən, Şimali-Qafqaz dairə hərbi məhkəməsi Dağıstan sakini Eynazat Hacımuradovanı 35 min rubl cərimələyib. Səbəb isə Hacımuradovanın mobil telefon əlavəsi “WhatsApp” vasitəsi ilə terrorizm propaqandası və terror fəaliyyətinə səsləyiş etməsidir.
“Məhkəmənin qərarına əsasən Hacımuradova 35 min rubl həcmində cərimə ödəməlidir.”, – deyə Şimali-Qafqa dairə hərbi məhkəməsinin mətbuat-xidmətinin nümayəndəsi Alena Katkalo bildirib.
1997-ci ildə Dağıstanda anadan olan qız “ictimai şəkildə terror fəaliyyəti həyata keçirməyə səsləyişə və ya terrorizmə ictimai şəkildə bəraət qazandırmaq” və “Düşmənçilik və ya nifrətə təhrik etmək” maddələri ittiham olunub.
Orqanların ilkin araşdırmanın versiyasına əsasən, Hacımuradova fevrall ayında Dərbənddə “WhatsApp” mobil telefon əlavəsi vasitəsi ilə “Elm tələb et” qrupuna qoşulur. Araşdırmanın versiyasına əsasən, qız dəfələrlə qrupda terrorizm ideologiyası və praktikasını tanımağa səsləyən məktublar yazıb. Məktublarda “kafirlər” və hüquq-mühafizə orqanlarının əməkdaşlarına nisbətdə sərt və neqativ fikirlər səsləndirilib.
Hərbi məhkəmə mətbuat-xitmətinin nümayəndəsinin sözlərinə görə, müttəhim günahını etiraf edib.