Tarix : 2016 Jun 20
Kod 49329

Tbilisidə iftar süfrəsi + FOTO

Gürcüstanın müxtəlif şəhər, rayon və kəndlərində İslam dünyasının ən şəfqətli və müqəddəs rəhmət ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal almışdır.
AranNews, xəbər verir ki, bölgələrdə müsəlmanlar məzhəb və millətindən aslı olmayaraq birgə süfrə arxasında Ramazan sevincini yaşayır, birgə dualar edirlər. 
Ötən axşam da Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Tbilisidə yaşayan dindarlar və şəhərin din və ictimaiyyət xadimləri üçün iftar süfrəsi təşkil olunub.
İftarda Tbilisidə olan müsəlman dövlətlərinin (Azərbaycan, İran, Türkiyə və İrak) səfirlik nümayəndələri də iştirak edib.








  • Yazılıb
  • da (də) 2016 Jun 20
  • Göndərən مدير سايت Aran News