AranNews-un, “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, İraqın XİN sözçüsü Əhməd Camal yaydığı bəyanatda bildirib: “Nazirliyimiz Səudiyyə Ərəbistanı səfiri Samir Sübhanı hüzuruna çağıraraq, beynəlxalq qanunlara və ölkə ürfünə sadiq qalması barədə xəbərdarlıq edib.
Həmçinin bu ölkənin İraqın daxili işlərinə qarışmaması da bildirilib. Heç bir səfirə icazə verilməyəcək ki, diplomatik vəzifəsindən istifadə edərək ölkədə ixtilaf yaratsın və ölkəsinin digər ölkələrlə düşmənçiliyini İraqa gətirsin. Biz bu səfirlə bağlı lazım olan tədbirləri görəcəyik və onu yerində oturdacağıq.”