Fələstin İslam Müqaviməti Hərəkatı-Həmas-ın siyasi bürosunun sədr müavini sionist rejimlə hər cür müzakirə və sazişi rədd edib.
AranNews-un, məlumatına görə, Həmas-ın siyasi bürosunun sədr müavini İsmayıl Həniyyə, Qəzzə şəhərinin cümə namazı xütbələrində Fələstin məsələsinin həlli üzrə Fransanın təklif etdiyi sülh layihəsi ilə müxalifət edərək, vurğulayıb ki, fələstinlilərin sionist rejimlə müzakirə masası arxasına qayıtmaları fələstinlilərin haqlı hüquqları və sabit əsas və prinsiplərindən əl çəkmək, imtiyaz vermək və batil məğlubiyyət dövriyyəsinə qayıtmaq deməkdir.
Həniyyə habelə bəzi ərəb ölkələrinin sionist rejimlə əlaqələrini adiləşdirmək üzrə hərəkətlərini tənqid edib və bildirib ki, bəzi ərəb ölkələri bu rejimlə əlaqələr qurmaq üçün bir-biriləri ilə rəqabətə başlayıblar.
Həmas-ın siyasi bürosunun sədr müavini həmçinin Qəzzə zolağı ilə yeni savaşa girmək barədə sionist rejimə xəbərdarlıq edərək, deyib ki, Fələstinin müqavimət qüvvələri bu gün hər zamandakından daha artıq hazırlığa malikdirlər.