Tarix : 2016 Jun 20
Kod 49333

Rusiyanın müdafiə naziri, Sergey Şoyqu Suriyaya səfər edib + FOTO

Şoyqu, Suriyadakı Rusiya hərbi bazasının təftişi məqsədi ilə bu ölkəyə gəlib.
Şoyqu paytaxt Dəməşqdə prezident Bəşər Əsədlə görüşüb. Görüşdə tərəflər İŞİD-ə qarşı mübarizə tədbirləri ilə bağlı müzakirələr aparıblar. 
AranNews, xəbər verir ki, Hər iki tərəf İŞİD-ə qarşı mübarizədə əməkdaşlığa diqqət yetiriblər.
Şoyqunun Suriyaya səfəri Bəşər Əsəd üçün gözlənilməz olub. Suriya prezidenti görüş zamanı onun özünün Suriyaya gələcəyini gözləmədiyini deyib.
Ekspertlər Şoyqunun Suriyaya səfərini Moskvanın Suriyadakı rolu ilə bağlı xatırlatma kimi şərh ediblər.
Sergey Şoyqu daha sonra Latakiya şəhərindəki Rusiya hərbi bazasında yoxlama aparıb.








  • Yazılıb
  • da (də) 2016 Jun 20
  • Göndərən مدير سايت Aran News