Tarix : 2016 Jun 20
Kod 49334

UNİCEF beynəlxalq təşkilatı miqrant uşaqlar haqqinda məruzə dərc edib

UNİCEF həyəcan təbili çalaraq uşaq miqrantlarla bağlı addım atılmağının vacibliyini bildirir.
Məruzəyə əsasən 2016-cı ilin əvvəlindən Şimali Afrikadan 7 mindən çox uşaq valideyn nəzarəti olmadan İtaliyaya gəlib. Avropaya aparan yolda onlar daimi olaraq müxtəlif təhlükələrə məruz qalırlar: döyülmələrin, zorlanmaların, işgəncələrin qurbanlarına çevrilirlər və insan alverçilərinin əlində kölə halına düşürlər. 



AranNews, xəbər verir ki, UNİCEF-in rəsmi nümayəndəsi Sara Krounun sözlərinə görə, təhqirlərə və istismarlara məruz qalan uşaqların hekayələri insanı şoka salır.
UNİCEF həyəcan təbili çalaraq uşaq miqrantlarla bağlı addım atılmağının vacibliyini bildirir.
Təşkilatın məlumatına görə, Aralıq dənizini təkbaşına keçən qaçqın uşaqlar çox saylı çətinliklərlə məruz qalırlar. Adı çəkilən humanitar təşkilatın yeni məruzəsində deyilir ki, cari ilin başlanğıcından Şimali Afrikadan 7 mindən çox uşaq valideyn nəzarəti olmadan İtaliyaya yollanıblar. Onlar suda boğulmuş insanları taleyini yaşaya, döyülmələrə, zorlanmalara və məcburi əməyə məruz qala bilərlər.
Belə ki, UNİCEF əməkdaşlarının “Ömər” adlandırdıqları yeniyetmə öz vətəni Somalini 16 yaşında tərk edib. O İtaliyaya yola düşüb və onun səfəri düz iki il çəkib.
“Mən çoxlu sayda ölü insan görürdüm və düşünürdüm ki, mən də öləcəm.”, – deyə Ömər danışır.
Liviyada insan alverçiləri “Öməri” əsir götürərək, ona işgəncələr verirdilər. Yeniyetmə kamera qarşısında işgəncə izləri göstərir.
“Burada məndə yanıqdan qalma çapıqlarım var. Mənim saxlanıldığım həbsxanada 6 nəfər ölmüşdü.”, – deyə Ömər jurnalistlərə bildirib.
Şərti adı “Sülh” olan qız 17 yaşında Nigeriyadan məcburi evlilik səbəbinə görə qaçaraq Avropaya yola düşüb.
“Biz çox qorxurduq. Biz qum üzərində insan skeletləri görürdük. Biz tez-tez əksəriyyətinin qızları zorladığı əsgərlərlə üzləşirdik.”,– deyə qız bildirib.
O, Liviyada çoxlu çətinliklərdən keçmək məcburiyyətində qalıb. Qəz və onun rəfiqələri bədbəxlikdən bərbad şəraitdə saxlanılırdılar.
“Mən Liviyada 1,5 ay olmuşam. Bizə çox pis münasibət bəsləyirdilər. Bəzən heç içməyə bir şeyimiz belə olmurdu. Suyumuz yox idi, heç paltarımız da yox idi. Biz çimə bilmirdik. Bizim demək olar ki, heç nəyimiz yox idi.”, – deyə "Sülh" şərti-adlı qız bildirib.
Eyni zamanda Avropa İttifaqı Liviya ilə üçüncü ölkələrlə əməkdaşlıq proqramı çərçivəsindəki immiqrasiya məsələləri ilə bağlı əməkdaşlığını fəallaşdırmasını elan edib. Proqramın məqsədi qaçqınların dənizdə həlak olmalarının qarşısını almq və onların vətəninə qaytarılma prosesini asanlaşdırmaqdır.
“Biz Liviya hakimiyyətini dəstəkləməyi planlaşdırırıq – ilk öncə onlara ölkələrindəki vəziyyəti sabitləşdirmək və liviyalıların vəziyyətini yaxşlılaşdırmaq üçün. Sizə məlum olduğu kimi, biz “Sofiya” əməliyyatı mandatının genişləndirilməsi üzərində işləyirik ki, ona (proqrama) Liviya sakil mühafizəsi və hərbi-dəniz qüvvələrinə təlim üzrə tədbirləri əlavə edək ki, onlar özləri öz territorial (məhəlli) sularına nəzarət edə bilsinlər.”,  –deyə Aİ-in xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogerini bildirib.
Eyni zamanda beynəlxalq hüquq-müdaifə təşkilatı Amnesty International Aİ-ni Liviya hakimiyyəti ilə əməkdaşlıqdan çəkinməyə səsləyir, çünki onların (Liviya hakimiyyətinin) qaçqınların çəkdiyi iztirablarda əlləri var.
“Avropa Liviya ilə əməkdaşlıq haqda heç düşünməməlidir belə, əgər o birbaşa və ya vasitə ilə insan haqlarının kobud şəkildə pozulmalarına səbəb olursa. Acı həqiqət belədir ki, Liviya sahil mühafizəsi müvəqqəti saxlama yerlərindən minlərlə insanı götürərək geri döndərir, harada ki, onlar işgəncə və digər cinayətlərin qurbanlarına çevrilirlər.” – deyə Amnesty International-ın təmsilçisi Maqdalena Muqrabi bildirib.
UNİCEF-in rəsmi nümayəndəsi Sara Krou isə qeyd edir ki, gənclərin və yeniyetmələrin Avropa gələrkən yolda məruz qaldıqları zorakılıq problemini yalnız və yalnız köç etmə səbəblərini aradan qaldırmaqla həll etmək olar.
“Problemi yalnız məcbur edici faktroların, yəni gənc insanların, uşaqların bu cür təhlükəli səyahət etməsinə səbəb olan səbəbləri aradan qaldırmaqla həll etmək olar.” ,– deyə o bildirib. 
  • Yazılıb
  • da (də) 2016 Jun 20
  • Göndərən مدير سايت Aran News