Türkiyədə iş tapa bilməyən müəllimlər xaricdə açılacaq türk məktəblərinə göndəriləcəklər.
Xaricə göndəriləcək müəllimlərin Azərbaycana gəlməsi planlaşdırılır. Artıq Türkiyə Millət Məclisində qüvvəyə minən Maarif Vəqfi ilə bağlı qanuna görə, ölkənin Təhsil Nazirliyi işlərə start verib.
AranNews, xəbər verir ki, Türk müəllimlər əsasən Azərbaycan, Səudiyyə Ərəbistanı və Türkmənistan kimi ölkələrdə dərs deyəcəklər.
Həmçinin türklərin daha çox olduğu ölkələrdə, işlədiyi dövlətlərdə bu işlərə başlanacaq.
Xaricdəki türk məktəbləri statusundan asılı olaraq yeni Vəqfə daxil olacaq. Amma bu məktəblərdə dərs demək üçün göndərilən müəllimlər Türkiyədəki kimi, dövlət məmuru sayılmayacaq.
Müəllimlərin aylıq maaşları isə işlədikləri və yaşadıqları ölkənin yerli şəraitinə uyğun şəkildə ödəniləcək.
Onların ən yaxşı üstünlüyü diplomatik pasporta sahib olmaları hesab ediləcək.
Türkiyənin Təhsil Nazirliyi xaricdə 12 824 şagirdin təhsil aldığını, bunlardan 47 faizinin qızlar olduğunu deyib.
Qeyd edək ki, 120-ə yaxın ölkədə türk məktəbləri fəaliyyət göstərir. /Modern.az/