Radikal qruplaşması, Nigeriyada dinc insanlara hücum edərək çox sayda insanı qətlə yetirib.
AranNews-un, “Reuters” agentliyinə istinadən verdiyi xəbərə əsasən, “Boko Haram” radikal qruplaşmasının yaraqlıları, Nigeriyanın şimal-şərqində Adamava ştatında dəfn mərasiminə gəlmiş nigeriyalılara hücum ediblər. Nəticədə 18 nəfər həyatını itirib. Hadisə Maqadali rayonunda baş verib.
Şahidlərin məlumatına əsasən, terrorçular hadisə baş vermiş yerə motosikletlərdə gələrək, dəfn mərasiminə gəlmişlərə atəş açmağa başlayıblar.
Şahidlərdən birinin sözlərinə görə, daha 10 nəfər isə atəş nəticəsində müxtəlif bədən xəsarətləri alıblar.
Polis nümayəndəsi Osman Əbubəkir bildirib ki, dünyasını dəyişmişlərin sayı arta bilər. Xatırladaq ki, “Boko Haram” radikal terror təşkilatıdır. Təşkilat əsasən Nigeriyada fəaliyyət göstərir. /İslamazeri.az/