Ermənistan rəhbərliyi bu addımı ilə gənc nəslə çox təhlükəli bir ideologiya aşılayır.
II Dünya müharibəsi zamanı faşistlərlə əlbir olmuş erməni hərbi cinayətkara, faşist ideyalarının təbliğçisi və daşıyıcısı olan Qaregin Njdeyə Yerevanda abidə qoyulması əslində Sarkisyanin gizlətməyə çalışdığı xislətinin ifşasıdır.
AranNews-un məlumatına görə, ekspertlər hesab edirlər ki, Ermənistan rəhbərliyi bu addımı ilə gənc nəslə çox təhlükəli bir ideologiya aşılayır. Maraqlısı budur ki, Ermənistan rəhbərliyinin bu addımı forpostu olduğu ölkə tərəfindən də xoş qarşılanmır.
Xocalıda bəşəri cinayətlərə imza atmış bir rejimin faşizmin bariz dəstəkçisinə abidə qoyması əslində o qədər də təəccüblü deyil. Amma bu məsələ başqa bir təhlükəli tendensiyanın ilkin siqnalı ola bilər. Bu təhlükə nasist ideyalara xidmət etmiş birinin Ermənistan gəncliyinə nümunəvi qəhrəman kimi təqdim edilməsindən ibarətdir. Millət vəkili, siyasi elmər doktoru, professor Elman Nəsirovun fikrincə, Ermənistan rejiminin hazırkı vəziyyətdə nasiszm ideyalarını dirçəltməyə çalışan Pegida hərəkatından heç bir fərqi yoxdur.
Məsələnin 2-ci bir tərəfi Rusiya amili ilə bağlıdır. Belə ki, rəsmi Moskva hələ 2014 cü ildə BMT Baş Məclisində faşizmlə əlaqəsi olan insanların qəhrəmanlaşdırılması əleyhinə qətnamənin qəbuluna nail olub. Belə olan halda forpost səviyyəsində bir ölkənin öz ağasının ziddinə olaraq belə addım atması anlaşılan deyil. Rusiyanın Xarici İşlər Nazirliyi də belə bir bəyanatla çıxış etmişdi.
Bütün bunlar təsdiqləyir ki, bu gün Ermənistanda anti-Rusiya dalğası getdikcə güclənir. Prezident Serj Sarkisyanın abidənin açılış mərasimində şəxsən iştirak etməsi iki ölkə arasındakı gərginliyin kifayət qədər böyük olmasının bariz nümunəsidir. Amma bu cür davam edəcəyi təqdirdə Rusiyadan Yerevana təzyiqlərin artırılması qaçılmazdır.
Millət vəkilinin fikrincə, Ermənistanın bu addımı təkcə Rusiya yox, faşizm üzərində qələbə çalmış bütün keçmiş sovet ölkələrinə qarşı böyük hörmətsizlikdir. Hansı ki onların bir çoxu Ermənistanın da yer aldığı Kollektiv Təhkükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. /Xezerxeber.com/