Arannews- Donbasda anti-terror əməliyyatları zamanı Ukrayna ordusunun 3 əsgəri öldürülüb.
Ukrayna Prezident Administrasiyasının sözçüsü Aleksandr Motuzyanikin sözlərinə görə, 1 hərbçi də yaralanıb.
İki mülki vətəndaş isə Donetskin Bahmut rayonunda minanın partlaması nəticəsində həlak olub. Hadisə zamanı 1 nəfər də yaralanıb.
Separatçı Donbas və Luqansk Xalq Respublikalarının itkilərinin isə 3 ölü, 5 yaralı olduğu açıqlanıb.