Tarix : 2016 Jun 20
Kod 49343

V.Putin, İ.Əliyev və S.Sarkisyanın üçtərəfli görüşü keçiriləcək

Görüşdə prezidentlər İ. Əliyev və S. Sarkisyanın mayın 16-da Vyanada keçirilmiş görüşündə əldə olunan razılaşmaların, o cümlədən...
Arannews- Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın üçtərəfli görüşü keçiriləcək.
Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək.
V. Putin əvvəlcə İ. Əliyev və S. Sarkisyanla ayrılıqda görüşəcək. Danışıqlar daha sonra üçtərəfli formatda davam etdiriləcək.
Görüşdə prezidentlər İ. Əliyev və S. Sarkisyanın mayın 16-da Vyanada keçirilmiş görüşündə əldə olunan razılaşmaların, o cümlədən təmas xəttində baş verən insidentlərlə bağlı ATƏT-in araşdırma mexanizminin işə salınması və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların bərpası müzakirə olunacaq.

  • Yazılıb
  • da (də) 2016 Jun 20
  • Göndərən مدير سايت Aran News