Arannews- İran və Azərbaycan arasında mövcud olan sərhədlərdə heç bir problem yoxdur, iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığı yüksək səviyyədədir.
Bunu İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari deyib.
H.Zülfüqari son günlər İranın şimal-qərbində terrorçularla baş verən atışmalara da toxunub: “Hazırda həmin bölgədə təhlükəsizlik tam təmin olunub. Silahlı terrorçu qruplaşma üzvləri ilə sərhəddə bir-iki dəfə atışmalar qeydə alınıb. Bu zaman terrorçulardan bir neçəsi məhv edilib”.