Tarix : 2016 Jun 21
Kod 49346

Ermənistan “Milli Müqavimət Komitəsi”nin sədri həbs olundu

Aprel müharibəsində Ermənistanın Azərbaycana məğlub olduğunu etiraf edən “Şuşa batalyonu döyüşçüləri ittifaqı” ictimai birliyinin rəhbəri Jirayr Sefilyan həbs olunub.
Sefilyan aprel müharibəsi zamanı öz qrupu ilə İrəvanda televiziya qülləsini tutmağa və dövlət çevrilişi etməyə cəhddə ittiham olunur. 
AranNews, Ermənistan mediasına istinadən xəbər verir ki, Sefliyan qrupun 8 üzvü ilə birlikdə həbs olunub. Bir qrup üzvü isə axtarışa verilib.
Qeyd edək ki, Sefilyan aprel döyüşləri haqda danışarkən, Azərbaycan Ordusunun çox güclü olduğunu dilə gətirmişdi.“2-5 aprel döyüşlərində Azərbaycan ordusu təmas xəttinin şimal-şərq hissəsində təxminən 7 milyon kvadratmetr ərazini tutub.
“Dördgünlük müharibə”də Ermənistan tərəfi ciddi şəkildə mövqelərini itirdi. Əgər tezliklə biz həmin mövqelərdə nəzarəti ələ ala bilməsək, gələcəkdə ciddi problemlərlə üzləşəcəyik. İndiyə qədər bununla bağlı çoxsaylı çağırışlar edilsə də, hakimiyyət qulaq asmır. Bütün çağırışlara cavab olaraq rejim bildirir ki, bu mövqelər strateji əhəmiyyətə malik deyil. Onlar 100-200 metr ərazidən danışırlar, amma bu yalandır. Faktiki itkilər daha böyükdür. Yaxın vaxtlarda bizə ən böyük zərbə vurulacaq. 2-5 aprel döyüşləri sadəcə başlanğıc idi”, – deyə o Sarkisyan hakimiyyətini sərt tənqid etmişdi.Sefliyan aprel döyüşündən sonra keçmiş döyüşçüləri toplayaraq, azad olunan əraziləri yenidən işğal etmək təkliflərini də irəli sürüb.
Onun başçılığı altında “Milli Müqavimət Komitəsi” formalaşdırmağa başlayıb. Hətta keçmiş döyüşçülər ASALA terror təşkilatının bərpası təkliflərini də gündəmə gətiriblər. ASALA-nın döyüşçüsü Alek Enigomsyan deyib ki, itirilmiş əraziləri qaytarmaq üçün hərəkətə keçmək lazımdır:
“Bu məsələdə döyüşçülər hərəkətə keçməli, siyasətçilər də onlara dəstək verməlidir. “Şuşa batalyonu döyüşçüləri ittifaqı” birliyinin fəaliyyəti xarici və daxili düşmənlərə qarşıdır. Buna dəstək verməliyik”.
Ermənistan KİV-i bu informasiyalar fonunda yazır ki, Serj Sarkisyan keçmiş döyüşçülərin onu devirmək planından xəbər tutub. Sefilyanın həbsinin arxasında da bu motiv dayanır.
  • Yazılıb
  • da (də) 2016 Jun 21
  • Göndərən مدير سايت Aran News