Rusiya və Suriya hava qüvvələri, hərbi əməliyyatların dayandırıldığını və öz yerləşmələri haqda xəbər vermiş müxalif qrulaşmalara zərbələr endirməyiblər.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytında yerləşdirilən “Suriyada barışıq üzrə Rusiya mərkəzinin” informasiya bülletenində bildirilir ki, “Ceyş əl-İslam” qruplaşması Suriya qoşunlarının Dəməşq əyalətində yerləşən mövqelərini minaatanlardan 3 dəfə atəşə tutublar.
AranNews, rus mediasına istinadən verdiyi xəbərə əsasən, “Özlərini müxalifət hesab “Ceyş əl-İslam” qruplaşmasından olan dəstələr Suriya silahlı qüvvələrinin Dəməşq əyalətində yerləşən Caur-əl-Başa, Xauş-əl-Fara və Xarasta-əl-Basal yaşayış məntəqələrindəki mövqelərini minaatanlardan atəşə tutublar”, – deyə bildirilir.
Rusiya və Suriya hava qüvvələri, hərbi əməliyyatların dayandırıldığını və öz yerləşmələri haqda xəbər vermiş müxalif qrulaşmalara zərbələr endirməyiblər.
Müdafiə Nazirliyinin məlumatlarına əsasən, sutka ərzində Dəməşq əyalətində 3 pozuntu qeydə alınıb, hərbi əməliyyatların dayandırılması rejiminə Suriyanın bir çox əyalətlərində əməl olunub.
Xatırladaq ki, atəşkəs rejimi Suriyada fevralın 27-dən qüvvəyə minib.
Barışıq BMT TŞ təfəfindən terrorçu kimi tanınmış “İŞİD”, Nusra Cəbhəsi və digər qruplaşmalara şamil edilmir.