Tarix : 2008 May 30
Kod 4935

Azərbaycan R-də Atlantika blokunun yaradılması

.
Azerbaijan Servisi/Aran Agentliyi
Az. R-də Qərb yönümlü dairələrin üzvləri və müxalifətdə olanlardan ibarət bir qrup tərəfindən bu ölkədə Atlantika Blokunun yaradılması regiondakı siyasi dairələrin diqqətini özünə cəlb edib .
  Klubun təsisçiləri bu işdə məqsədin Az. R-nin NATO və avropalı qurumlarla əlaqələri gücləndirmək və bu ölkədə demokratik , siyasi , iqtisadi və hərbi islahatların aparılmasına yardım etmək olduğunu bildiriblər .
  Atlantika klubunun idarəçiliyi məsuliyyəti qərbpərəst Müsavat Partiyası Ali Şurasının sədri Sülhəddin Əkbərin öhdəsinə verilib . Bu klubun hədəflərini nəzərdən keçirdikdə görəcəyik ki, bu klub öz hədəflərini azından iki ümumi bölümdə ifadə edib .
  NATO və avropalı qurumlar ilə Az. R-dəki əlaqələri gücəndirmək əslində bu klubun xarici hədəfi kimi  bəyan edilib. Bu istiqamətdə guya rəsmi Bakı Atlantika klubunun fəaliyyəti ilə müxalif deyil. Zira rəsmi Bakı özü Qərb qurumları və dövlətləri ilə əlaqələrini daha möhkəmləndirib genişlənmək istəyir. Bu arada Az. R. hökuməti Rusiya kimi ölkələrlə əlaqələrdə bəzi siyasi mülahizələrini nəzərə alaraq xüsusi ilə də Qərb ilə hərtərəfli əməkdaşlığını genişləndirməyə meylini iş gündəmində yer verməklə eləcə də tədricən və mərhələli şəkildə Qərb ilə əlaqələrini izləməyi qarşıya məqsəd qoyur.
  Ona görə də Qərb və asılı qurumlarla əməkdaşlıq proqramını gücləndirmək istiqamətində bu cür bir klubun yaradılması Az. R-də fəaliyyət göstərən partiyalar , qruplar və iqtidarın əleyhinə olan dairələrin tərəfindən bir mənalı qarşılansa nə inki Az. R-nin dövlət strukturları və rəhbərliyinə heç bir həssaslıq törədə bilməz əksinə rəsmi Bakının tərəfindən müsbət də qarşılana bilər .
    Bu arada rəsmi Bakının həmin klubun yaradılması ilə müxalifət etməməsi bu baxımdan araşdırıla bilər . Ancaq Atlantika klubunun digər hədəfi Az. R-nin daxili, siyasi məsələlərini ehtiva edir . Məsələn siyasi , iqtisadi , hətta hərbi və demokratik islahatların aparılması əleyə olan qrupların rəhbərlərinin bu klubu təsis etməkdəki digər hədəflərindən olduğu bildirib . Hərçənd Az. R-də prezident seçkiləri öncəsi , əleyhdar və müxalifətdə olan partiyalar və qurumların qərb qurumları və onların maliyyə və siyasi himayələrinə qazanmaq ehtimalını əsası tutaraq , Atlantika klubunu təsis etmələri mümkündür. Ancaq buna baxmayaraq rəsmi Bakını tənqid atəşinə tutanların tərəfindən siyasi islahatların aparılmasının irəli sürülməsi hətta sırf daxili məsələləri atlantika klubu çərçivəsində araşdırmaqda rəsmi Bakının  müxalifəti ilə yanaşı olmamışdı. Əslində müxaliflərin demokratik islahatların aparılmasını qarşıya məqsəd qoyduğu qədər rəsmi Bakı da prezident seçkiləri ərəfəsində bu ölkə cəmiyyətini demokratik bir cəmiyyət kimi təqdim edir .
 Bu arada müxalifətdə olan qrupların öz fikrlərini irəli sürmələrinə samballı şərait və zəmin yaratmaq Az. R-də cari məsələlər prosesində rəsmi Bakının strategiyasını təşkil edir .
  Maraqlı məsələ budur ki , rəsmi Bakı bu klubun yaradılması müqabilində Atlantika klubunun bildirdiyi hədəfə baxmayaraq sükut mövqeyindən çıxış edib . Ancaq Az. R-də prezident seçkilərinin keçirilməsindən sonra bu klubun fəaliyyətinin davam etməsi bu ölkədə bu cür klubların azadcasına fəaliyyət göstərmələri üçün lazımi potensial və imkanların olmasını göstərən bir məsələdir . Bu məsələ o qədər böyük əhəmiyyət daşıyır ki , indidən müşahidəçilərin diqqətini özünə cəlb etməyə nail olub.
 
  • Yazılıb
  • da (də) 2008 May 30