Tarix : 2016 Jun 21
Kod 49351

İŞİD üzvü erməni mərasimində özünü partlatdı

İŞİD terror təşkilatının üzvü Suriyanın Əl-Qamışlı şəhərinin mərkəzində “erməni soyqırımı”nın 101 illiyinə həsr edilmiş mərasim zamanı özünü partladıb.


AranNews
, Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub, beşi yaralanıb.Qeyd edilir ki, kamikadze mərasimə daxil olmağa çalışırdı, amma təhlükəsizlik xidmətinin əməkdaşları onu dayandırıb.
“O, bizim postumuzun yanında özünü partlatdı. Kamikadze özünün əsl məqsədinə çatmadı”, – agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, mərasimi Antixoniya ilə bütün Şərqin patriarxı, Siro-Yakovir kilsəsinin başçısı Mar İqnatius Afram II Karim idarə edirdi.
  • Yazılıb
  • da (də) 2016 Jun 21
  • Göndərən مدير سايت Aran News