Hit rayonundakı döyüşlər İraq ordusunun Fəllucə şəhərinə etdikləri hücum üzrə xüsusi əməliyyatın bir hissəsidir.
AranNews-un, İraq mediasına istinadən verdiyi xəbərə görə, İraq müdafiə naziri Xaled əl-Obeydi bildirib ki, İŞİD terror təşkilatının “təhlükəsizlik xidmətinə” başçılıq etmiş terrorçu İraq ordusunun Ənbar əyalətinin Hit rayonunda keçirdiyi xüsusi əməliyyat nəticəsində məhv edilib: “İraq hərbçilərinin xüsusi-dəstəsi Hit rayonunda, İŞİD təhlükəsizlik xidmətinin başçısı Əhməd Məcid və digər təşkilat üzvlərinin olduğu binaya daxil olublar. Atışma nəticəsində 7 digər terrorçu ilə birlikdə Məcid də öldürülüb.”
Hit rayonundakı döyüşlər İraq ordusunun Fəllucə şəhərinə etdikləri hücum üzrə xüsusi əməliyyatın bir hissəsidir.
Məlumata görə, Fəllucə uğrundakı döyüşlərdə cəmi üç gün ərzində 377 İŞİD terrorçusu, o cümlədən də 40 snayper məhv edilib. Həmçinin hərbçilər 45 mina ilə doldurulmuş avtomobili məhv ediblər, 516 mina və bomba isə zərərsizləşdirilib. /islamazeri/