Tarix : 2016 Jun 21
Kod 49353

Kürdlər Suriyada İŞİD əmirini məhv ediblər

“Suriya Demokratik Gücləri” Suriyanın Mənbic şəhərində İŞİD terror təşkilatının yerli qarnizon əmirini məhv edib.
AranNews-un “Kürdistan Vətənpərvər ittifaqı” partiyasının media-mərkəzinə istinadən verdiyi xəbərə görə, kürdlərin xalq özünü müdafiə dəstələri (YPG/YPJ) və “Suriya Demokratik Gücləri” Mənbicə əl-Katib şəhər kənarı tərəfindən daxil olublar və artıq şəhərdə döyüşlərə başlayıblar.
Bundan əlavə, kürdlər şərq istiqamətindən də İŞİD-in mənbicə aparan son istinadgahı əl-Xəttab tutulub və cənub tərəfdən dəgəlirlər. Cənub tərəfdə taxıl anbarı uğrunda döyüşlər davam etməkdədir. Mənbicdəki İŞİD terrorçularının əmiri Əbu Həmzə əl-Ənsari ödürülüb.
Məlumata əsasən, Mənbicə hücum zamanı sutka ərzində ümumilikdə 22 terrorçu məhv edilib.
Terrorçular öz növbəsində mühasirəni yarmaq istəyib və Mənbic şəhərinin ətrafında yerləşən Təl-Əhdar kəndinə daxil olub, lakin mühasirəni yarmaq istəyi alınmayıb – SDG qüvvələri kəndi mühasirəyə alıblar və terrorçuların mövqelərini atəşə tuturlar. 
  • Yazılıb
  • da (də) 2016 Jun 21
  • Göndərən مدير سايت Aran News