Tarix : 2016 Jun 21
Kod 49354

Iranda Vəhhabilərin böyük terror aktının qarşısı alındı

Təkfirçi terrorçuların Tehranda və digər bir neçə şəhərdə təxribatının qarşısı alınıb və bir neçə nəfər həbs olunub.
bu barədə İranın dövlət televiziyası Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyinə istinadən xəbər yayıb. 
AranNews, xəbər verir ki, ölkənin paytaxtında və vilayətlərində bir neçə partlayış törətməyi planlaşdırmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb.
Xüsusi əməliyyat zamanı partlayıcı vasitə və döyüş sursatları aşkar edilib.
Nazirlik tutulanların kimliyini açıqlamasa da, onların radikal islamçıların adlandırıldığı kimi, “takfirçilər” olduğunu bildirib.
Bəyanatda bildirilir ki, həbs olunan terrorçular istintaqa cəlb olunub və ətraflı məlumat yaxın gələcəkdə açıqlanacaq.
  • Yazılıb
  • da (də) 2016 Jun 21
  • Göndərən مدير سايت Aran News