Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü başa çatıb.
AranNews, xəbər verir ki, Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib: “Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar.
Bu bəyanatda siyasi nizamlanmada dayanıqlı proqresin olmasına öhdəlik ifadə olunub”.
Onun sözlərinə görə, son günlər Dağlıq Qarabağda atəşkəs qorunub saxlanılır. S. Lavrov dövlət başçılarının müşaiyətsiz və köməkçisiz görüşdüyünü də söyləyib. /APA/