Ermənistanın XİN Rəhbəri: "Sankt-Peterburqda Qarabağla bağlı keçirilən görüş uğurlu olub"
Arannews- Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.
E.Nalbəndyan bu barədə Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.
"görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi" - , deyə E.Nalbəndyan bildirib.
O, həmçinin görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb.