Tarix : 2016 Jun 21
Kod 49360

Elmar Məmmədyarov Sankt-Peterburqdakı görüşləri müsbət qiymətləndirib

Azərbaycanın XİN Rəhbəri: "İnanırıq ki, görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq"
Arannews- “Sankt-Peterburqdaki Görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir”.
Bunu jurnalistlərə açıqlamasında Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib. 
 “İnanırıq ki, görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq  üçün imkanlar yaradacaq”, - deyə o vurğulayıb.


  • Yazılıb
  • da (də) 2016 Jun 21
  • Göndərən مدير سايت Aran News