Tarix : 2016 Jun 21
Kod 49363

Ə.Həsənov: “DQ münaqişənin tənzimlənməsinə münasibətdə Rusiyanın mövqeyində obyektiv yumşalma görürük”

Əli Həsənov: "Mən həmişə ATƏT-in Minsk Qrupunun həmsədrlərini tənqid etmişəm. Amma son dövrlər münaqişənin tənzimlənməsinə münasibətdə Rusiyanın mövqeyində obyektiv yumşalma görürük".
Arannews- Azərbaycan Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu ilin aprelində Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatın qarşısının alındığını, 2-4 apreldə Azərbaycan Silahlı Qüvvələrinin torpaqları azad etməyə hazır olduğunu ortaya qoyduğunu söyləyib: 
“Mən həmişə ATƏT-in Minsk Qrupunun həmsədrlərini tənqid etmişəm. Amma son dövrlər münaqişənin tənzimlənməsinə münasibətdə Rusiyanın mövqeyində obyektiv yumşalma görürük. İndi Ermənistanda Rusiyaya qarşı çıxışlar etməyə başlayırlar. İrəvanda İkinci Dünya müharibəsində faşist rejiminə xidmət etmiş şəxsin heykəlini qoyublar. İnanırıq ki, Rusiya prezidenti obyektiv mövqe ortaya qoyacaq. Bu, gec-tez olmalı idi, daim belə qala bilməzdi. Biz münaqişənin obyektiv həllini gözləyirik. Ermənistan prezidenti Serj Sarkisyan biri neçə il əvvəl erməni gəncləri ilə görüşdə dedi ki, Dağlıq Qarabağı aldıq, siz gənclər də Ağrı dağını alarsınız. Belə insanla necə Qarabağ problemini həll etmək olar?! ”


  • Yazılıb
  • da (də) 2016 Jun 21
  • Göndərən مدير سايت Aran News