Tarix : 2016 Jun 22
Kod 49365

İŞİD Cənubi Koreyada terror hədəflərinin siyahısını açıqladı

İŞİD terror təşkilatı Cənubi Koreyadakı ABŞ bazalarını və ölkənin bir sıra vətəndaşlarını terror siyahısına daxil edib.
bu barədə «Çunan ilbo» qəzeti Koreya Respublikasının Kəşfiyyat Xidmətindən aldığı məlumata əsasən xəbər yayıb.
AranNews-un Tass-a istinadən məlumatına görə, «İŞİD-in United Cyber Caliphate hakerlər qrupu Telegram mesenceri vasitəsilə ABŞ və NATO-nun bütün dünya üzrə 77 aviabazasının dislokasiyası, həmçinin 21-ci ölkənin vətəndaşları barədə şəxsi məlumatları dərc edib. Onların arasında Cənubi Koreyada olan Osan və Kunsane aviabazaları da var», - deyə qəzetdə bildirilir.
Həmçinin bildirilir ki, United Cyber Caliphate Cənubi Koreya Xeyriyyə Cəmiyyətinin bir əməkdaşının tam adını, ev ünvanını və elektron poçtunun ünvanın dərc edib.
Qeyd edək ki, İŞİD artıq çoxdandır ki, öz düşmənlərinin və terror üçün potensial hədəfləri siyahısına Cənubi Koreyanı da əlavə edib.
  • Yazılıb
  • da (də) 2016 Jun 22
  • Göndərən مدير سايت Aran News