Sionist işqalçi rejiminin ordusunun xüsusi xidmət orqanının rəhbəri, İŞİD-in Suriyada məğlubiyyətə məruz qalmasını istəmədiklərini bildirib.
iyunun 15-də Hezliya təhlükəsizlik konfransında çıxış edən general Herzl Halevi, son 3 ayın İŞİD üçün çox ağır keçdiyini bildirib. O, İŞİD-in məğlubiyyətilə nəticələnəcək bir Suriya istəmədiklərini dilə gətirib.
AranNews, Yaxın Şərq KİV-lərinə istinadən xəbər veir ki, General Halevi Suriyadakı vəziyyətlə bağlı açıqlamasında, İŞİD-in məğlubiyyətinin sionist rejiminin xeyrinə olmayacağını vurğulayaraq belə danışıb: "İsrail Suriya müharibəsinin İŞİD-in məğlubiyyəti və böyük güclərin Suriyanı tərk etməsi ilə nəticələnməsini istəmir. Çünki bu vəziyyətdə İran və Suriyayla üz-üzə tək qalmış olacağıq".
O, sionist rejiminin proseslərə təsir edərək, Suriya probleminin bu şəkildə yekunlaşmaması üçün səy göstərməli olduğunu vurğulayıb.
Tel-Əvivin Hizbullahla digər bir müharibə istəmədiyini deyən general Halevi, buna baxmayaraq müharibə olacağı təqdirdə ona hazır olduqlarını bildirib. O, HƏMAS-la da yeni bir müharibənin sionist rejiminə çox baha başa gələcəyini bildirib:
"HƏMAS növbəti müharibə üçün özünü hazırlayır, hərbi gücünü artırır. Onunla aparılacaq yeni müharibə çox çətin olacağı kimi, İsrailə də çox baha başa gələcəkdir. Bu səbəblə İsrail qarşılaşacağı bütün təhlükələrə qarşı hazırlanmalıdır".