Aktobe şəhərindəki terror aktı İŞİD liderinin bütün dünyada zorakılıq aktları törətməklə bağlı çağırışından sonra baş verib.
bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov deyib. O bildirib ki, İŞİD-in liderlərindən olduğu deyilən Adnani soyadlı şəxs internet vasitəsilə öz tərəfdarlarını bütün dünyada terror aktları törətməyə çağırıb.
AranNews-un, “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Abu Muhammad əl-Adnani adlı şəxs İŞİD-in “rəsmi nümayəndəsi”dir. Onun islam dini ilə bağlı vacib günlərdə audio yazıları yayılır.
Xatırladaq ki, iyunun 5-də Qazaxıstanın Aktobe şəhərində 2 silah mağazasına və hərbi hissəyə hücum təşkil edilib. Hadisə zamanı 3 dinc sakin və 3 hərbçi ölüb.