Tarix : 2016 Jun 22
Kod 49368

İŞİD-in məhvi digər bir terrorçu qruplaşmasının formalaşmısına səbəb ola bilər

Ekspertlərin fikrincə İŞİD-in regionda məhvi bir çox qüvvələrin maraqlarına cavab vermir. Belə ki, həmin güclərin regionda qalma səbəbi əsas şəkildə İŞİD-lə bağlıdır.
İŞİD yaraqlıları artıq Fəllucədən də uzaqlaşdırıldı. Artıq İraq qüvvələri İŞİD-lə mübarizədə ardıcıl qələbələr əldə edir. Bu baxımdan İŞİD-in məhvi digər bir terrorçu qruplaşmasının formalaşmısına səbəb ola bilər.
AranNews- Yaxın Şərq üzrə ekspert Aidə Qəmbər mövzu ilə bağlı Deyerler.Org-la fikirlərini bölüşərkən deyib ki, Mosulun bu yaxınlarda azad ediləcəyinə inanmaq çətindir: “İraq İŞİD-in əsas dayaq nöqtələrindən biridir. Fəllucənin azad olunması təbii ki, İraq ordusunun ciddi olaraq üstünlük əldə etməsinə təkan verdi. Amma Mosulun bu yaxınlarda azad ediləcəyinə inanmaq çətindir.
Çünki, İraq İŞİD-in əsas dayaq nöqtələrindən biridir. Amma hökumət qoşunları əməliyyatları çox ciddi şəkildə davam edəcək. Məlumdur ki, İŞİD-in Yaxın Şərqdə mövcud olması bir çox qüvvələrin Yaxın Şərqdə mövcudluğu üçün əsasdır.
Amma bu gün İŞİD-in məhv edilməsi prosesi reallaşır. Bəzi ekspertlərin fikrincə İŞİD-in yerinə mütləq bir terrorçu qruplaşması formalaşdırılacaq ki, Yaxın Şərqdə mövcud olan kənar qüvvələrin regionda qalmasına əsas olsun. Amma mən düşünmürəm ki, İŞİD-in aradan getməsindən qısa zaman sonra regionda yeni terror qruplaşması formalaşıb üzə çıxsın.
Ümumiyyətlə məlumdur ki, İŞİD əsasən Suriya və İraq ərazisində yaranıb. Hətta adında belə bu məsələyə xüsusi bir işarə var. İraq hökuməti kifayət qədər güc istifadə edib İŞİD-in dayaqlarını məhv etmək istəyir.
Əslində İŞİD-in regionda olması üçün vaxtı ilə müəyyən səbəblər var idi. Bu baxımdan bir çox qüvvələr İŞİD-ə çox ciddi maddi və canlı qüvvə baxımından dəstək verdilər. Bu baxımdan da bir müddət öncə İŞİD çox ciddi irəliləyişlər əldə etmişdi.
Amma bu gün İŞİD-ə dəstək verən qüvvələr artıq səhnədən çəkilirlər. Bu da təbii ki, İŞİD-ə qoşulmaq üçün gələn şəxslərin ciddi şəkildə azalmasına səbəb olur. Bütün bu səbəblər İraq ərazinsə İŞİD-in son dayaqlarını da məhv etmək üçün hökumət qüvvələrini səfərbər edəcək.
İraq hökuməti Suriya hökuməti ilə birgə addımlamağa məcburdur”.

  • Yazılıb
  • da (də) 2016 Jun 22
  • Göndərən مدير سايت Aran News