Suriyada olan silahlı müxalifət dəstələrinin səhra komandirləri ilə hərbi əməliyyatların dayandırılması rejiminə qoşulmağa dair danışıqlar davam etdirilib.
barışıq üzrə Rusiya mərkəzinin informasiya bülletenində bildirilir ki, Suriyada barışıq prosesinə qoşulmuş yaşayış məntəqələrinin sayı 155-dək yüksəlib.
AranNews, xəbər verir ki, “Hələb, Həma və Homs əyalətlərində olan silahlı müxalifət dəstələrinin səhra komandirləri ilə hərbi əməliyyatların dayandırılması rejiminə qoşulmağa dair danışıqlar davam etdirilib”, – deyə bildirilir.
Bununla yanaşı, sutka ərzində Dər`a əyalətindəki bir yaşayış məntəqəsinin nümayəndələri ilə barışıq haqda razılıq əldə olunub. Barışığa qoşulmuş silahlı qruplaşmaların sayı isə dəyişilməyib. Onları sayı əvvəlki kimi 61-dir.
Xatırladaq ki, atəşkəs rejimi Suriyada fevralın 27-dən qüvvəyə minib. Barışıq BMT TŞ təfəfindən terrorçu kimi tanınmış “İŞİD”, Nusra Cəbhəsi və digər qruplaşmalara şamil edilmir.