Tarix : 2016 Jun 22
Kod 49371

Portuqaliya vətəndaşı, İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi

Portuqaliya vətəndaşı müqəddəs Məşhəd şəhərində Həzrəti İmam Rzanın (ə) hərəmində kəlimeyi-şəhadət deyərək İslam dinini qəbul edib.
AranNews- İmam Rzanın (ə) Qüds ostanından verilən məlumata görə, Portuqaliya vətəndaşı katolik xristianı olan Siro Kardinal İslam dinini qəbul etməsindən sonra belə bir açıqlama verib: "İllərdir İslam dini və Əhli-Beyt (ə) məktəbi üzərində araşdırmalar aparmışam və bu araşdırmalar nəticəsində bu gün daha kamil olaraq, cəfəri fiqhi məktəbi ilə İslam dinini qəbul edirəm".
O, İslam dinini bəşəriyyətin bütün suallarını cavablandıra bilən kamil bir din olduğunu söyləyib.
Portuqaliya vətəndaşı qeyri müsəlmanların İslama və Əhli-Beyt (ə) davamçılarının yoluna üstünlük vermələrinin kökündə, İslam dininin və Qurani-Kərimin dərin təsirinin olduğunu deyib.
  • Yazılıb
  • da (də) 2016 Jun 22
  • Göndərən مدير سايت Aran News