Livan Hizbullah hərəkatının Bəhreyn rejiminin din alimini vətəndaşlıqdan çıxarmasını "axmaqlıq" adlandırıb.
Livan Hizbullah hərəkatının rəhbərliyi Bəhreyn hakimiyyətinin şiə dini lideri şeyx İsa Əhməd Qasimin vətəndaşlıqdan məhrum etməsini pisləyib. Bu haqda məlumat hərəkatın KİV-lərdə yayılmış bəyanatında deyilir.
AranNews-un, Livan mediasına istinadən verdiyi xəbərə əsasən, Bəhreyn hakimiyyəti şeyx Qasimin vətəndaşlıqdan məhrum edilməsi qərarını qəbul edib. Səbəb isə Bəhreyn hakimiyyətinin şiələrin məşhur alimini dini siyasi məsələlərdə, xarici ölkələrin maraqlarında, həmçinin ölkədə məzhəblər arası ayrıseçkiliyin salınmasında da ittiham edib.
“Hizbullah” Bəhreyn rejimi tərəfindən, ilahiyyatçı alim və cəsur lider şeyx İca Qasimə qarşı qəbul edilmiş bu misilsiz qərarı pisləyir. “Hizbullah” rəhbərliyi qeyd edir ki, Bəhreyn tərəfindən atılan bu cür addımlar, ölkə hakimiyyətinin danışıqlar və dəyişikliklər üçün fürsət buraxmadığını sübut edir.
“Bəhreyn hakimiyyəti öz axmaqlıqları ilə xalqı çətin qərarlara sürükləyirlər, hansılar ki, bu diktator rejimi üçün cəza olacaq.”, – deyə rəsmi məlumatda deyilir.