Tarix : 2016 Jun 22
Kod 49377

Bakida hicabli Qadınlar konfrans keçirib + FOTO

Hər il olduğu kimi bu il də mübarək Ramazan ayında MMDİB-in "Nərgiz" Qadınlar Cəmiyyətinin "Nəfsin hicabı" aldı konfransı keçirildi.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi "Nərgiz" Qadınlar Cəmiyyəti hər il mübarək Ramazan ayında "Nəfsin Hicabı" adlı konfrans keçirir. Hər il qadınlarla bağlı mövzular müxtəlif yöndən, müxtəlif peşə sahibləri və ekspertlər tərəfindən müzakirə olunur.
AranNews-un, verdiyi xəbərə görə, artıq ənənə halını almış "Nəfsin Hicabı" adlı konfrans bu il də İmam Həsənin (ə) mövlud günündə təşkil olunub. Bu Ramazanda təşkil olunan konfransın mövzusu isə "Müasirlik, mədəniyyət və qadın" olub. Mövzu ətrafında geniş çıxışlar və müzakirələr olub. 
Tədbirdə psixoloq Limunət Əmrahlı, hüquq müdafiəçisi ekspert Sədaqərr Paşayeva, jurnalist yazar Ülviyyə Tahir, Almaz Əhmədova və Məhbubə Uğursoy, Maarifçi Vüsalə Gülüşova, ilahiyyatçı Rəxşəndə Piriyeva, İraq Mədəniyyət Mərkəzinin sülh səfiri Tahirə xanım, "Fatimə" jurnalının redaktoru Kəklik xanım və bir çox ictimai fəal xanımlar mövzu ətrafında çıxış ediblər. 
3 saat davam edən konfransın sonunda iştirakçılara iftar ehsanı verilib və məclis dualarla sonlandırılıb. /İslamazeri/




















  • Yazılıb
  • da (də) 2016 Jun 22
  • Göndərən مدير سايت Aran News