İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei imam Həsənin (ə) doğum günü münasibəti ilə ölkənin şeir, ədəbiyyat və mədəni işlər nümayəndələrini qəbul edib.
AranNews-un, verdiyi xəbərə əsasən, yumşaq və mədəni savaşın gündəmdə olduğunu vurğulayan Ayətullah Xamenei deyib: “Bu gün siyasi və mədəni sahədə yumşaq savaş gedir. Bu yolda ciddi təsirlərə malik olan vasitələrdən biri şerdir. Nəğmələr, təmiz hava kimi cəmiyyətə nüfuz edir. Bu sahə, ölkənin xarici düşmənlərlə əlaqəsində də özünü göstərməli və cəmiyyətin ehtiyacını ödəməlidir"."Bu gün Fələstin, Yəmən, Bəhreyn, İran-İraq müharibəsi, hərəmin müdafiəçiləri, Şeyx Zəkzaki kimi məzlum mücahidləri şeirlə vəsf etmək və diri saxlmaq üçün şeirlər deyilsə də, lazımı şəkildə təbliğ olunmur. Amerikanın nüvə razılığında etdiyi xəyanətlər də şeir vasitəsi ilə xalqa çatdırılmalıdır. Siyasilərimizdən əlavə şairlərimiz də bu həqiqətləri xalqımıza bildirməlidirlər.”, -deyə Ayətullah Xamenei əlavə edib.