Tarix : 2016 Jun 22
Kod 49381

Putindən səfirlərə çağırış

Rusiya prezidenti: "səfirlərlə görüş və birbaşa danışıqlar “dünyadakı situasiyanı kompleks şəkildə qiymətləndirmək üçün” lazımdır".
Arannews- Rusiya prezidenti Vladimir Putin gələn həftə XİN-də ölkənin xaricdəki səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə müşavirə keçirəcək.
bu cür müşavirələr hər iki ildən bir keçirilir və artıq ənənə halı alıb.
Rusiya prezidenti bildirib ki, diplomatlarla görüş və birbaşa danışıqlar “dünyadakı situasiyanı kompleks şəkildə qiymətləndirmək üçün” lazımdır.
Putin bu dəfə səfirlərlə iyunun 30-da görüşəcək və dünyanın gündəmində olan məsələləri müzakirə edəcək, həmçinin Rusiyanın xarici siyasəti ilə bağlı yeni vəzifələri müəyyənləşdirəcək.
 “Ənənəyə uyğun olaraq xarici siyasətin bütün spekrlərinə toxunulacaq”, - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov vurğulayıb.
Xatırladaq ki, iki il əvvəl keçirilən müşavirədə əsas müzakirə mövzusu Rusiyanın milli maraqlarının müdafiəsi olmuşdu.
Rusiyalı diplomatlar hesab edirlər ki, analoji mövzulara bu dəfə də toxunulacaq. Təbii ki, Ukrayna və Suriya, eləcə də Rusiya-ABŞ və Avropa İttifaqı ilə bağlı məsələlərə də...


  • Yazılıb
  • da (də) 2016 Jun 22
  • Göndərən مدير سايت Aran News