Tarix : 2016 Jun 22
Kod 49382

politoloq: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir"

Putin Sankt-Peterburq görüşündən sonra çox çalışacaq ki, münaqişə həll olunmasa belə,...
Arannews- Sankt-Peterburq görüşü göstərdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir.
bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. Onun sözlərinə görə, nə Sərkisyan Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazırlaşır, nə də Putin bu məqsədlə erməni həmkarına təzyiq etməyi düşünür:
 “Sankt-Peterburq görüşü göstərdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir. Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə hazırdırmı? Putin Sankt-Peterburq görüşündən sonra çox çalışacaq ki, münaqişə həll olunmasa belə, tərəflər atəşkəsə riayət etsinlər. Atəşkəs yenidən pozulsa, Putin simasını itirəcək. O, anlamalıdır ki, münaqişə həll olunmadan yalnız atəşkəsin qorunması mümkün deyil”.
Sankt-Peterburqda heç bir hüquqi sənədin imzalanmdığını deyən politoloq qeyd edib ki, Azərbaycan üzərinə hansısa öhdəlik götürməyib:
 “Rəsmi Bakı və İrəvan Sankt-Peterburqda razılaşdırılan “əlavə dinamika” ifadəsini fərqli dəyərləndirəcək. İrəvan bu ifadəni atəşkəsin daimi qorunması kimi qəbul edəcəksə, Bakı isə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının sürətləndirilməsi kimi izah edəcək. Demək, belə şəraitdə atəşkəsin qorunacağına zəmanət yoxdur”.
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Sankt-Peterburqda üçtərəfli görüşü baş tutub. Prezidentlər danışıqların dinamik formada davam etdirilməsi barədə razılığa gəliblər. Görüşün yekun bəyanatında atəşkəs rejiminə riayət olunması xüsusi vurğulanıb.


  • Yazılıb
  • da (də) 2016 Jun 22
  • Göndərən مدير سايت Aran News