İctimai nəqliyyatda gediş haqqının, su və elektrik enerjisindən istifadəyə görə qiymətin artmasına görə aksiyalar da məhz keçən ilin yayında olmuşdu.
AranNews, xəbər verir ki, Bu ilin də yayının çox qızmar olacağı gözlənilir. Bu dəfə başqa bir sosial problemə görə. Artıq elan edilib ki, iyul ayının 1-də bu ölkədə yeni taksi xidməti fəaliyyətə başlayır. Bu xidmət mobil telefon əlavəsi sayəsində taksi çağırmağa imkan verir. Yeni xidmət ilk 2 km yola görə 100 dram haqq alacaq. Belə qiymətləri isə başqa heç bir taksi xidməti və ya sürücü təklif etmir.
Etirazlar artıq başlayıb. Belə ki, onsuz da sosial şəraitləri ağır olan ermənilər deyirlər ki, yeni xidmət bir çox taksi sürücüsünü və dispetçer xidmətinin işini itirməsinə səbəb olacaq. İndi müxtəlif məsələlər üzrə uğur qazanan vətəndaş təşəbbüs qrupunun- “Cibimizdən əl çək”inin gündəmi bu mövzudur. Təşəbbüs qrupu ilk olaraq Ermənistan hakimiyyətini, Nəqliyyat Nazirliyini yeni xidmətə lisenziya verməməyə çağırır:
“Biz birmənalı olaraq genişmiqyaslı və çoxminlik yürüşlərə söz veririk. Çünki insanlar öz işlərini qorumaq üçün küçələrə çıxacaqlar”.
Artıq sürücülər də yeni xidmətə bazara daxil olmağa imkan verməyəcəklərini açıqlayıblar.
Bir sözlə, görünür, bu yay da Ermənistanda qalan azsayda insanların yürüşləri, mitinqləri ilə yadda qalacaq.