Misir Məhkəməsi Səudiyyə Ərəbistanı ilə bir müddət öncə dəniz sərhədləri ilə bağlı imzalanan müqaviləni etibarsız sayıb.
Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.
AranNews, xəbər verir ki, Misir hökuməti isə öz növbəsində qərar qəbul etmədiyini və bununla bağlı Ali Məhkəməyə müraciət edəcəyini bildirib.
Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanı Misirlə dəniz sərhədlərinin delimitasiyası ilə bağlı razılıq imzalayıb.
Bu müqaviləyə əsasən, iki ölkə arasında mübahisəli Tiran və Sanafir adaları tamamilə Səudiyyə Ərəbistanına verilib.
Misir Prezidenti Əbdül Fəttah Sisinin bu addımı əhalinin uzun müddətdən sonra ilk dəfə kəskin etirazına səbəb olub.