Azərbaycan qazı 2020-ci ildən etibarən İtaliyaya axmağa başlayanda Avropanın rus qazından istifadəsi, haradasa, yarıbayarı azalacaq.
AranNews, xəbər verir ki, bu fikirləri Rusiyanın enerji siyasəti üzrə mütəxəssisi Mixail Krutixin qələmə aldığı bir yazısında bildirib.“Carnegie Moscow Center”də dərc edilən məqalədə müəllif onu da qeyd edib ki, Rusiyanın enerji maraqlarını tapdalayan TAP layihəsinə qarşı olan Moskva nə qədər əlləşsə də, onu dayandıra bilməyib:
“TAP layihəsiylə Azərbaycan qazı əvvəlcə Türkiyəyə, ordan isə Yunanıstan və Albaniya üzərindən İtaliyaya axacaq. Rus siyasətçilər və Qazprom idarəçiləri layihənin həyata keçirilməməsi üçün xeyl mübarizə aparıblar, amma məqsədlərinə nail ola bilməyiblər”.
Müəllifin fikrincə, Avropa ölkələrinin Rusiyaya təbii qazından asılılığını sona çatdırmaq üçün həyata keçirilən Trans-Adriatik boru kəməri layihəsi Qazproma ciddi zərbə vuracaq.
Qazproma alternativ olaraq planlaşdırılan layihənin rus iqtisadiyyatını çökdürə biləcəyinə inanan Mixail Krutixinə görə, “Qazpromun inhisara aldığı Avropa qitəsində TAP layihəsi tamamlandıqdan sonra ciddi rəqabət meydana gələcək və bəlkə də rus şirkəti iflasa uğrayacaq”.Mixail Krutikhin yazısında həmçinin deyib:
“Hazırda Qazprom daha çox satmaq üçün daha çox qaz istehsal edir. “RusEnergy”nin təxmininə görə, Rusiya ildə 225 milyard kub metr qaz çıxarır. Bu, haradasa, sovetlər dövründə Avropaya satılan təbii qaz miqdarına bərabərdir”.
Qazpromun ixrac bazarının getdikcə “quruduğunu” bildirən müəllif Rusiya üçün yaxşı alternativ kimi görünən ‘Asiya’ kartının isə hələ həyata keçirilmədiyini düşünür. Almaniyanın “Der Spiegel” jurnalı da bir müddət əvvəl TAP layihəsindən bəhs etmişdi.
Jurnal Azərbaycan qazının Türkiyədən keçərək, Yunanıstan üzərindən Albaniya və İtaliyaya nəqlini nəzərdə tutan TAP-ın həcminin 10 milyard kub metrdən 20 milyard kub metrə çıxarılacağını yazmışdı.Jurnal xəbərində, həmçinin, AB Komissiyası və əlaqədar qurumların boru xəttinin keçəcəyi ölkələr arasında uzlaşma əldə etdiyini bildirmişdi.
AB Komissiyasının sədr müavini Maros Sefçovic jurnala verdiyi açıqlamasında demişdi: “Texniki imkanlar tutumu arttırmamıza imkan verir. Bütün tərəflər boru xəttinin 2019-cu ilə qədər tamamalanacağını düşünür”.
Qeyd edək ki, Azərbaycan qazının “Qazprom”-a alternativ kimi dərk edilməsi perspektivdə Moskva-Bakı arasındakı mehriban münasibətlərə kölgə sala və ciddi insidentlərə səbəb ola bilər. /Faktinfo.az/