Yəmən İnsan Haqları Mərkəzi ötən bir ildə Ərəbistanın Yəmənə qarşı cinayətləri barədə hesabatı mediaların ixtiyarına qoyub.
Yəmən İnsan Haqları Mərkəzi Sənada keçirdiyi mətbuat konfransında bildirib ki, ötən bir ildə Yəməndə 27 min mülki öldürülüb və ya yaralanıbdır. Bunların arasında 9366 nəfər həlak olanlar, 17663 nəfər də yaralılar siyahısındadır.
AranNews-un məlumatına görə, Yəmən İnsan Haqları Mərkəzi vurğulayıb ki, Ərəbistanın başçılığı altda olan təcavüzkarlar koalisiyası bu müddətdə xalqın xüsusən qida maddələri və məişət imkanlarını hədəfə alaraq, hərbi cinayət törədiblər.
Eyni zamanda, təcavüzkarlar mülkiləri hədəfə alıb, tarixi abidələri dağıdıb və Yəmən xalqına qarşı qadağan olunmuş silahlardan istifadə ediblər.
Yəmən İnsan Haqları Mərkəzinin üzvləri bu cür cinayətlər qarşısında susmalarına görə, beynəlxalq dairələri tənqid ediblər.
Eyni zamanda, BMT-nin FAO təşkilatı bildirib ki, Yəmənin 19 vilayətinin sakinləri aclıqla üzləşirlər və beş yaşından aşağı 3 milyondan çox uşaq, həmçinin hamilə və ya körpələrinə süd verən qadınlar kəskin pis qidalanmadan xilas olmaq üçün təcili yardımlara ehtiyaclıdırlar. /Maide.Az/