Tarix : 2016 Jun 23
Kod 49392

Ramazanda müsəlmanları imsaka və namaza oyadan xristian

Mişel Əyyub hər gün səhər saat 2-də əlində qavalla evində çölə çıxır ki, müsəlmanlarl imsaka oyatsın
Sionist rejimin işğal etdiyi Fələstin ərazisindəki Akko şəhərində ərəb Mişel Əyyub hər gün səhər saat 2-də əlində qavalla evində çölə çıxır ki, müsəlmanlarl imsaka oyatsın.
AranNews, “islamnews” saytına istinadən verdiyi xəbərə əsasən, Mişel özünün xristian olmasına baxmayaraq, Ramazan ayında müsəlmanları imsak və sübh namazına oyadan şəxsin vəzifələrini öz üzərinə götürüb.
39 yaşlı Akko sakini bunda heç bir qəbahət görmür və hesab edir ki, xristianlar müsəlmanlara din cəhətdən çox yaxındırlar.
“Allah birdir, xristianlar ilə müsəlmanların arasında fərqlər yoxdur.”, – deyə Mişel bildirib.
Yerli müsəlmanları o qavalını vuraraq “Ey siz, yatanlar, yalnız bir əbədi Tanrı vardır!” qışqıraraq oyadır.
Mişel öz vəzifəsini yerinə yetirərək küçələrdən keçərkən, evlərin işıqların yanmağa başlayır, hətta bəziləri pəncərədən çölə baxarlar.
Onlar Mişellə salamlaşır və ona onların oyatdığı üçün öz təşəkkürlərini bildirirlər. 
  • Yazılıb
  • da (də) 2016 Jun 23
  • Göndərən مدير سايت Aran News