BMT, Bəhreyn rejiminin tanınmış şiə alimi Şeyx İsa Qasimə qarşı çıxartdığı qərarı pisləyib.
AranNews, xəbər verir ki, BMT-nin insan hüquqları üzrə idarəsinin Ali komissarı Ravin Şəmsəddin atılan bu səhv addımı bu cür şərh edib: "Bu, tamamilə qanunsuz və hüquqi olmayan bir addımdır."
Bəhreyn DİN-i idda edir ki, Şeyx İsa Qasim öz mövqeyindən “əcnibilərin xeyrinə, zorakılığın artması və dini ayrıseçkiliyin yaranmasına” suistifadə edib. Bundan əlavə, alimin pul hesabına mənbəsi bilinməyən yerdən 10 milyon pulun köçməsi göstərilir.
Şeyx İsa ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.
Məlumat üçün xatırladaq ki, Bəhreyn İnsan Haqları Mərkəzi rejimin bu qərarını pisləyib və onu beynəlxalq qanunlara zidd bir addım olduğunu vurğulayıb. Bununla yanaşı bir çox ölkələr Bəhreyin rejiminin bu addımını pisləyərək, qərarın ləğvinə səsləyiblər.
Qeyd edək ki, dünən Bəhreyn rejiminin Daxili İşlər Nazirliyi müxalifətə repressiyaların davamında ölkənin tanınmış şiə ruhanilərindən olan Ayətullah Şeyx İsa Əhməd Qasimin vətəndaşlığını ləğv edib.