Suriyanın Xan-Tuman bölgəsinin alınmasında böyük rolu olan "Əl Qaidə" terror şəbəkəsinin üzvüləri, Nusra cəbhəsi-nin komandirləri məhv edilib.
Suriyanın Xan-Tuman bölgəsinin alınmasında böyük rolu olan "Əl Qaidə" terror şəbəkəsinin üzvüləri, Nusra cəbhəsi-nin komandirləri məhv edilib.
AranNews-un Suriya mediasına istinadən verdiyi xəbərə görə, Rusiya hava qüvvələrinin Hələbin şimal-qərbinə endirdiyi zərbələr nəticəsində "Əl Qaidə" terror şəbəkəsinin üzvü, "Nusra cəbhəsi" komandiri və İdlib əmiri Əbu Əbdullah Cəbəl məhv edilib.
Digər məlumata görə, terrorbaşı yol kənarına qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində öz avtomobilində partlayaraq öldürülüb.
Əbu Əbdullah Cəbəlin ölümü terrorçular arasında ciddi ruh düşkünlüyü yaratdığı və"Nusra cəbhəsi"nə ağır itki kimi dəyərləndirilir.
Qeyd edək ki, məhv edilən komandir Xan-Tumanın işğalı zamanı "Nusra cəbhədi" terrorçularına rəhbərlik edib.