İraqın “Sədr” hərəkatının rəhbəri Bəhreynin nüfuzlu ruhanisinə qarşı atılan addıma etiraz olaraq xalqı aksiya keçirməyə dəvət edib.
AranNews-un verdiyi xəbərə görə, Seyid Müqtəda Sədr bu haqda deyib: "Ali-Xəlifə rejimi, Bəhreynin mərcələrindən olan İsa Qasimə qarşı amansız qərar qəbul edib. Bu qərar, rejimin qəddar qərarlar silsilənin davamıdır. Bu qərar bir tərəfdən Bəhreyn inqilabçılarını çıxılmaz vəziyyətdə qoymaq üçündür, digər tərəfdən isə irqçiliyin beynəlxalq səviyyədə sabitlənməsinə qulluq edir."
"Mən Bəhreyn inqilabçılarından öz ağ inqilablarına davam etmələrini və bu addımlar müqabilində geri çəkilməmələrini istəyirəm. Bu cür addımlar yalnız Bəhreyni deyil, bütün islam və müsəlmanların vəhdətinə qarşı olunan addımlardır.
Hörmətli Şeyx tanınmış və nüfuzlu inqilabçılardandır ki, hökmən dəstək olunmalıdır. Bu məqsədlə xalqı, cümə günü dinc etiraz aksiyası keçirməyə dəvət edirəm.”, -deyə İraqın “Sədr” hərəkatının rəhbəri əlavə edib. /islamazeri/