Tarix : 2016 Jun 23
Kod 49396

İŞİD-in 2500 səhifəlik ərəbcə arxivi ələ keçirildi + FOTO

Diyarbəkir əmiri Nihad Turana məxsus kompüterin prokurorluğa göndərildiyi bildirilir.
Diyarbəkirdə 26 oktyabr 2015-ci il tarixində İŞİD-in sığınacaqlarına edilən və 7 terrorçunun öldürüldüyü əməliyyatdan sonra həbs olunan təşkilatın Diyarbəkir əmiri Nihad Turana məxsus kompüterin bir donos nəticəsində ələ keçirildiyi və yaddaşından çıxan 2 min 580 səhifəlik ərəbcə sənədin tərcümə edilmədən prokurorluğa göndərildiyi bildirilir.
AranNews-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 2 polis zabiti şəhid olub və terror təşkilatı üzvü Veysel Argunağa, Cahit Ölmez, Serhat Seyithanoğlu, Ergün Gül, Sıdık Bünül, Orhan Genç və Ersel Gergüy ölü olaraq ələ keçirilib. 
İstintaq işindəki materiala görə, 4 noyabr 2015-ci il, saat 15.20 radələrində polisə zəng vuran naməlum şəxs nömrələrini verdiyi 2 maşının İŞİD-ə aid materialları daşıdığını söyləyib. Xəbər verən bildirib ki, maşındakı materiallar əməliyyatın keçirildiyi məhəllədə bir evə aparıldığını, materiallar arasında kompüter var və bu, təşkilat üçün çox mühüm əhəmiyyət daşıyır. 
Hadisəni araşdıran polis ünvanın İŞİD-in Diyarbəkir əmiri Nihad Turanın qardaşının evi olduğunu müəyyənləşdirib. 
Qeyd olunan ünvanda əməliyyat aparan polis Nihad Turana aid olduğu bildirilən kompüterin iki yaddaş diskini müsadirə edib.


İŞİD ƏMİRİNİN ARXİVİ TƏRCÜMƏ Edilmədi
Yaddaş qurğusunun araşdırmasında çoxlu sayda ərəbcə sənəd çıxıb və bu sənədlər tərcümə edilmədən prokurorluğa göndərilib. Əbubəkr Bağdadiyə aid nitq mətnlərinin olduğu kompüterdə 2 min 580 səhifəlik ərəbcə mətn ələ keçirilib. 17 dekabr 2015-ci il tarixində prokurorluğa göndərilən hesabatda kompüterdə İŞİD-in uşaqlara həyata keçirtdiyi edam görüntülərinin də çıxdığı qeyd edilib.


 
HÜCRƏDƏ KƏŞFİYYAT TƏHSİLİ
Nəzarətə alınan Nihad Turanın maşınında aparılan axtarışda 384 səhifəlik təşkilat proqram ələ keçirilib. Hazırlanan hesabatda bildirilir ki, qarşıdurma baş verən evdə olan proqramların İŞİD əmiri Nihad Turanın maşınından çıxan sənədlərlə birə-bir eyni olub. Sənədlərdə texniki təqib və kəşfiyyat üzrə izahatların olduğu bildirilən hesabatda, 7 terrorçunun öldürüldüyü hücrə evində çıxan əlyazma sənədlərin də oxşar xarakterdə olduğu deyilir. Polis hücrə evində təşkilat üzvlərinə xüsusi xidmət məsələsində təhsil verildiyini və Nihad Turanın isə hərbi və ideoloji təhsil verdiyini bildirib.
 
"İŞİD İLƏ ƏLAQƏM YOXDUR"
İstintaq çərçivəsində həbs olunan İŞİD-in Diyarbəkir əmiri Nihad Turan ifadəsində terror təşkilatı ilə əlaqəsini inkar edərək, mebel və dekorasiya işi gördüyünü deyib.  
O, öldürülən şəxsləri tanımadığını, İŞİD-in Türkiyədi fəaliyyəti barədə məlumatının olmadığını deyib. Toqquşma baş verən evdə isə heç vaxt olmadığını söyləyib. Nihad Turan sadəcə maşınından tapılan silahı poynuna götürüb ki, bunu da PKK-dan qorunmaq üçün aldığını vurğulayıb.
  • Yazılıb
  • da (də) 2016 Jun 23
  • Göndərən مدير سايت Aran News