Tarix : 2016 Jun 23
Kod 49397

Türkiyə və sionist rejim arasında tarixi razılaşma

Türkiyə və işqalçi sionist rejim arasında aparılan danışıqlarda bütün məsələlər razılaşdırılıb.
Türkiyənin “Hürriyyət” nəşrinin yazarı Dəniz Zeyrəkin sözlərinə görə, razılaşma 26 iyunda açıqlanacaq. Amma Dəniz Zeyrək razılaşmanın bəzi detallarını yazıb. 
AranNews, xəbər verir ki, Daha əvvəl “Mavi Mərmərə” gəmisinə hücuma görə üzr istəyən və təzminat ödəməyi qəbul edən sionist rejim, Qəzzaya tətbiq olunan embarqonu Türkiyə üçün yumşaldacaq. Razılaşmaya görə, Qəzzada xəstəxanadan sonra, elektrik stansiyası və su təmizləmə təsisi tikiləcək.
Türkiyədən Qəzzaya göstəriləcək bütün yardımlar və inşaat üçün lazım olan materiallar Aşdod limanından keçirilməklə problemsiz şəkildə Qəzzaya çatdırılacaq.
Qarşılıqlı şəkildə səfirlər təyin ediləcək və diplomatik əlaqələr normal vəziyyətə qayıdacaq.
Razılaşma heç bir problem olmadan icra olunsa beynəlxalq təşkilatlarda irəli sürülən iddialar geri çəkiləcək, birgə hərbi təlimlər bərpa ediləcək, birgə enerji və müdafiə sərmayələrinin önü açılacaq.

  • Yazılıb
  • da (də) 2016 Jun 23
  • Göndərən مدير سايت Aran News