Tarix : 2016 Jun 23
Kod 49399

Dünya Əhli-Beyt (ə) Qurultayı Ayətullah Qasimin vətəndaşlıqdan məhrum edilməsini qınadı

Dünya Əhli-Beyt (ə) Qurultayı Bəhreyn rejiminin Ayətullah İsa Qasimi vətəndaşlıqdan məhrum etməsinә qarşı bəyənat verərək qınayıb.
AranNews, ABNA-ya istinadən xəbər verir ki, Dünya Əhli-Beyt (ə) Qurultayı Bəhreyn rejiminin Ayətullah İsa Qasimi xalqın sabitliyini pozmaq, siyasi parçalanmanı dərinləşdirmək, konstitusiyaya və dövlət qurumlarına müxalif olmaq, separatizm kimi əsassız ittihamlarla vətəndaşlıqdan məhrum etməsini gülünc adlandırıb. Bəyənatda Ayətullah İsa Qasimin xalqın etirazlarının sülh yoluyla davam etməsi və parçalanmanın genişlənməsinin qarşısının alınmasında böyük bir rolunun olduğu qeyd olunub.
Bəyənatda, həmçinin Dünya İnsan Hüquqları Bəyannaməsinin 15-ci maddəsi xatırladılaraq, heç kimin əsassız olaraq vətəndaşlıqdan məhrum oluna bilmәzliyi bildirilib.
Dünya Əhli-Beyt (ə) Qurultayı beynəlxalq təşkilat kimi aşağıdakı nöqtələrə diqqəti yönəldib:
1. Bəhreyn xalqına və bu ölkənin alimlərinə, məscid və dini təşkilatlarına edilən siyasi, ictimai və məzhəbi təzyiqlər qınanılır.
2. Bütün dövlətlər, Bəhreyn dövləti də, vətəndaşlarının hüquqlarını müdafiə etməyə məcburdur və onları əcdadlarının torpaqlarından məhrum etmək hüququna malik deyillər. Bir insanın öz torpaqlarına olan bağlılığı təbii və qanuni bir haqqıdır. Dövlətlər insanların sahibi deyillər. Bunun üçün də onları hüquqlarından məhrum edə bilməzlər. Dövlətlər vətəndaşların xidmətində durmalıdır.
3. Bəhreyn rejiminin mədəni təşkilatları bağlaması, alimlərə təzyiq edilməsi, məscidlərin dağıdılması, ölkənin tanınmış simalarını uzun müddətli həbsə atılması və nüfuzlu şəxsiyyətləri vətəndaşlıqdan çıxarması kimi təşəbbüsləri Bəhreyn dövlət və millətinin xeyrinə olmadığı kimi, işlərin tanınmamış şəxslərin əlinə keçməsinə səbəb olacaq və ölkəni vətəndaş müharibəsi girdabına sürükləyəcək və böhran nəzarətdən çıxacaq.
4. Həməd bin İsa Ali Xəlifənin əlində heç bir ixtiyar yoxdur və sadəcə himayədarlarının (Amerika və Ali Səud) əmrlərini yerinə yetirir. Ancaq həm qeyri-qanuni, həm də şəriətdən kənar üsulla Ayətullah İsa Qasimi vətəndaşlıqdan məhrum etdikdən sonra, onun başına gələcək hər bir hadisəyə görə, birbaşa bu ölkənin hakimi və havadarları məsuliyyət daşıyacaqlar.
5. Dünya Əhli-beyt (a.s) Qurultayı, şəxsiyyətlərdən, bürokratlardan, müxtəlif ölkələrdə nüfuz sahiblərindən və beynəlxalq qurum və insan haqları təşkilatlarından bütün imkanlarını istifadə edərək, Bəhreyn dövlətinin hakimlərinin ağılsız cəhdlərini dayandırmalarını tələb edir.
  • Yazılıb
  • da (də) 2016 Jun 23
  • Göndərən مدير سايت Aran News