Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin informasiya bülletenində Bu haqda məlumat verib.
Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin informasiya bülletenində deyilir ki, Rusiya təyyarəsi İŞİD terror qruplaşması tərəfindən mühasirədə olan Deyr-əz- Sor şəhərinə 17 ton humanitar yardım çatdırıb.
AranNews-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, “Rusiya “Abakan-eyr” avia-şirkətinin təyyarəsi İŞİD terrorçuları tərəfindən mühasirəyə alınmış Deyr-əz-Zor şəhərinə ümumi çəkisi 17 ton olan BMT-in humanitar yükü – qida dəstləri və yarma – atılıb.”, - deyə bülletendə bildirilir.
Qyed edilir ki, Həma əyalətinin Təl-Səlhab yaşayış məntəqəsinin az təminantlı ailələrinə 5 ton humanitar yardım çatdırılıb.
Barışıq üzrə Rusiya mərkəzinin mütəxəssislərinin köməyi ilə Hələb əyalətinin Kafr-Batna yaşayış məntəqəsinə də 41 yük avtomobilindən ibarət karvan ilə humanitar yük çatdırılıb.