Qanlı Nardaran Faciələrindən sonra həbs olunan ilahiyyatçılar, Seyyid Elman Ağayev və Hacı Zülfüqar Mikayılzadədən yeni xəbər vardır.
AranNews-un verdiyi xəbərə əsasən, "Seyid Elman Ağayevin işində yenilik yoxdur və istintaqı davam edir. Səhhəti yaxşıdı, ruhiyyəsi də çox yüksəkdir", - bu sözləri İslamazeri.az-a ilahiyyatçı Elman Ağayevin vəkili Akif müəllim bildirib.
İlahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin vəkili də, müvəkkilinin səhhətində problem olmadığını İslamazeri.az-a münasibətində bildirib: "Zülfüqar Mikayılzadənin səhhətində problem yoxdu, yaxşıdır, ruhiyyəsi yuxarıdır. Hər kəsə salamı var."
Vəkil istintaqın davam etdiyini bildirərək "Mediada Nardaran hadisələrilə bağlı həbs olunanların istintaqının bağlanması xəbərləri həqiqətləri əks etdirmir. Yəni; Hacı Zülfüqar Mikayılzadənin istintaqı davam edir, yeni bir məlumat yoxdur.", - deyə əlavə edib.
Qeyd edək ki, İlham Əliyevin birbaşa başçılığı ilə, polislər tərəfindən 26 Noyabr, 2015-də Nardan qəsəbəsində törədilən cinayət hadisəsi zamanı Zülfüqar Mikayılzadə Xırdalanda yerləşən bina evində ailəsi ilə bir yerdə olub. Lakin buna baxmayaraq Nardaran Faciəsindən 30 dəqiqə sonra onu şəxsi evinə heç bir məhkəmə icazəsi olmadan zorakılıqla daxil olan polislər həbs ediblər.
Eyni gündə Seyyid Elman Ağayev də Lənkəranda olub. Ancaq nədənsə DİN-yi E. Ağayevi də, Nardaran Faciəsinə qataraq barəsində cinayət işi qaldırıb. İki gün sonra isə, Lənkəranda şəxsi evinə məhkəmə icazəsi olmadan zorakılıq ilə daxil olan polislər Seyid Elman Ağayevi həbs ediblər.