Qədr gecələrinin müştərək əməlləri dedikdə, mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrində yerinə yetirilən əməllər nəzərdə tutulur və həmin əməllər aşağıdakılardan ibarətdir.
1. Qüsl etmək; Əllamə Məclisi yazır ki, “Qədr” gecələrinə məxsus qüslü günbatan vaxtı yerinə yetirmək daha yaxşıdır; belə ki, şam namazı qüsllə qılınsın.
2. Ehya saxlamaq (gecəni oyaq qalıb Allaha ibadət və raz-niyazla keçirmək); Nəql olunur ki, hər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar.
3. İki rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunsun və namazdan sonra yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” – deyilsin. Peyğəmbərdən (ə) nəql olunur ki, bu əməli yerinə yetirən şəxs yerindən ayağa qalxmamış onun özü və ata-anası Allah-Taala tərəfindən bağışlanar...
Əlbəttə bu namazla yanaşı, yüz rükət namaz qılmağın da böyük savabı var. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsini oxumaq tövsiyə olunur.
4. Tövbə edib Allahdan günahların bağışlanmağını diləmək; Əllamə Məclisi yazır ki, “Qədr” gecələri ən yaxşı əməl insanın özünün, ata-anasının, dünyada yaşayan və yaxud dünyasını dəyişmiş mömin qardaşlarının dünya və axirət hacətlərini istəməklə yanaşı, bağışlanmasını diləməkdir.”
5. Quranı açıb qarşınızda tutaraq deyin:
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ
Duanın oxunuşu: Əllahummə inni əs`əlukə bikitabikəl-munzəl və ma fihi, və fihismukəl-əkbər və əsmaukəl-husna, və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə minən-nar.
Duanın tərcüməsi: “İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük adına, ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən edəsən.”
Sonra Allah-Taaladan öz hacətlərini istə!
6. Quranı başınıza qoyub deyin:
اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ
Duanın oxunuşu: Əllahummə bihəqqi hazəl-Qur`an, və bihəqqi ma ərsəltəhu bih, və bihəqqi kulli mu`minin mədəhtəhu fih, və bihəqqikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə minkə.
Duanın tərcüməsi: “İlahi, Sənə and verirəm bu Quranın haqqını, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqını, Quranda təriflədiyin bütün möminlərin haqqını və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqını!
Sonra on dəfə de:
بِكَ يَا اللَّهُ – Bikə ya Əllahu
On dəfə de:
بِمُحَمَّدٍ – Bi Muhəmmədin
On dəfə de:
بِعَلِيٍّ – Bi Əliyyin
On dəfə de:
بِفَاطِمَةَ – Bi Fatimətə
On dəfə de:
بِالْحَسَنِ – Bil-Həsəni
On dəfə de:
بِالْحُسَيْنِ – Bil-Husəyni
On dəfə de:
بِعَلِيِّ بْنِ الْحُسَيْنِ – Bi Əliyyibnil-Husəyni
On dəfə de:
بِمُحَمَّدِ بْنِ عَلِيٍّ – Bi Muhəmmədibni Əliyyin
On dəfə de:
بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ – Bi Cə`fəribni Muhəmmədin
On dəfə de:
بِمُوسَى بْنِ جَعْفَرٍ – Bi Musəbni Cə`fərin
On dəfə de:
بِعَلِيِّ بْنِ مُوسَى – Bi Əliyyibni Musa
On dəfə de:
بِمُحَمَّدِ بْنِ عَلِيّ – Bi Muhəmmədibni Əliyyin
On dəfə de:
بِعَلِيِّ بْنِ مُحَمَّدٍ – Bi Əliyyibni Muhəmmədin
On dəfə de:
بِالْحَسَنِ بْنِ عَلِيٍّ – Bil-Həsənibni Əliyyin
On dəfə de:
بِالْحُجَّةِ – Bil-Huccəti
Sonra Allah-Taaladan öz hacətlərini istəyirsən!
7. İmam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək;
8. Bəzi hədislərdə deyilir ki, “Qədr” gecələrində “Cövşən-Kəbir” duasını oxuyun.
9. Peyğəmbəri-Əkrəmə (s) və onun Əhli-beytinə salam və salavat göndərmək.
10. Bu duanı oxumaq da tövsiyə olunur:
اللَّهُمَّ إِنِّي أَمْسَيْتُ لَكَ عَبْدا دَاخِرا لا أَمْلِكُ لِنَفْسِي نَفْعا وَ لا ضَرّا وَ لا أَصْرِفُ عَنْهَا سُوءا أَشْهَدُ بِذَلِكَ عَلَى نَفْسِي وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِي وَ قِلَّةِ حِيلَتِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِي مَا وَعَدْتَنِي وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِي هَذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَيَّ مَا آتَيْتَنِي فَإِنِّي عَبْدُكَ الْمِسْكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ اللَّهُمَّ لا تَجْعَلْنِي نَاسِيا لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِي وَ لا [غَافِلا] لِإِحْسَانِكَ فِيمَا أَعْطَيْتَنِي وَ لا آيِسا مِنْ إِجَابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّي فِي سَرَّاءَ [كُنْتُ] أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ اِنَّكَ سَمِيعُ الدُّعَاءِ
Duanın oxunuşu: Əllahummə inni əmsəytu ləkə əbdən daxirən la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu ənha sua, əşhədu bizalikə əla nəfsi və ə`tərifu ləkə bizə`fi quvvəti və qilləti hiləti, fəsəlli əla Muhəmmədin və ali-Muhəmməd, və ənciz li ma vəədtəni, və cəmiəl mu`mininə vəl mu`minat, minəl məğfirəti fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fəinni əbdukəl miskinul mustəkinuz-zəiful fəqirul məhin. Əllahummə la təc`əlni nasiyən lizikrikə fima əvləytəni, və la (ğafilən) liihsanikə fima ə`təytəni, və la ayisən min icabətik, və in əbtəət ənni fi sərraə (kuntu) əv zərraə əv şiddətin əv rəxa, əv afiyətin əv bəlain əv bu`sin əv nə`ma, innəkə səmiud-dua!
Duanın tərcüməsi: “İlahi, özünə heç bir xeyir və zərər verə bilməyən, özündən heç bir acı hadisəni uzaqlaşdıra bilməyən xar və zəlil bir bəndə olaraq bu gecəyə daxil oldum. Bunların özümə qarşı olduğuna şəhadət verirəm. Sənin dərgahında gücümün zəifliyi və çarəmin azlığını etiraf edirəm! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir. Bu gecə mənə və bütün mömin kişi və qadınlara vəd etdiyin məğfirətə əməl et və mənə verdiklərini (nemətlərini) tamamla! Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, yoxsul və xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında zikrini və mənə əta etdiyin ehsanı unudanlardan, dərgahında qəbul etməyindən naümid olanlardan təyin etmə, istər uzun vaxt keçsin, istər xoş olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə də bəlada, istər möhtac olum, istərsə də nemət içində! Həqiqətən, Sən duaları eşidənsən!”
Qaynağ: (“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Mübarək Ramazan ayının fəzilət və əməlləri – Qədr gecələrinin əməlləri” bölümü.)