Tarix : 2016 Jun 24
Kod 49406

Ərdoğan: "Nusra cəbhəsi", terror qruplaşması deyil

CHP-nin sədr müavini: Biriniz Ərdoğana Nusra-nın Əl Qaidə olduğunu xatırlatsın.
AranNews, xəbər verir ki, "Sol" qəzetinin verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın öncəki axşam QHT təmsilçilərinə verdiyi iftar mərasimindən sonra etdiyi çıxış zamanı "Əgər DAİŞ (İŞİD) qarşı olanlar terror qruplaşması deyilsə, "Nusra cəbhəsi"nə niyə terror qruplaşması deyirsiz. "Nusra cəbhəsi" İŞİD-ə qarşı ciddi mübarizə aparır. Bu Qərbin təfəkkürü belə çalışır. Yaxşı terrorçu, pis terrorçu anlayışı bu. Bu anlayışı Allahın iznilə tərsinə biz, çevirəcəyik" açıqlamasına CHP-nin sədr müavini Yasəmin Öney Cankurtaran cavab verib. 
Yasəmin Öney Cankurtaran "Biriniz Ərdoğana "Nusra"nın "Əl Qaidə"nin Suriya qolu olduğunu olduğunu xatırlatsın. Ərdoğanın müşavirləri çəkinib deməyə bilərlər, amma mən ona "Nusra"nın tarixçəsini qısa anladıram. Bu gün İŞİD, DAİŞ və ya DAEŞ olaraq bilinən qruplaşmanın öncəki adı "İraq İslam Dövləti" idi. "Əl Qaidə"yə bağlı bu qruplaşma 2003-cü ildən bəri İraqda on minlərlə insanı qətlə yetirdi. "İraq İslam Dövləti", 2011-də Suriyada olaylar başlayınca ilk başda öz adları ilə fəaliyyət göstərmək yerinə, əslən suriyalı olan Məhəmməd Colani adlı komandiri bir qrup terrorçu ilə birlikdə Suriyaya göndərərək "Nusra cəbhəsi" adı ilə fəaliyyətə başladı. İntihar hücumları, başkəsmə kimi İŞİD-lə eyni üsulları istifadə edən "Nusra cəbhəsi", dünyanın müxtəlif yerlərindən gələnlərin hesabına böyüməyə başladı", - deyə bildirib. Bu açqılamaya əlavə olaraq qeyd edək ki, İŞİD öncələr "Əl Qaidə"yə bağlı olmuş, daha sonra aralarında ciddi problemlər yaranaraq bir-birini təkfir etmişlər. Bunun səbəbi isə, Bağdadinin özünü xəlifə elan etməsi və "Əl Qaidə" rəhbərini avtomatik olaraq rəhbər hesab etməməsi olmuşdur.
  • Yazılıb
  • da (də) 2016 Jun 24
  • Göndərən مدير سايت Aran News