Türkiyə Havadan Müdafiə Qüvvələri Suriya ilə sərhəddə yeni hava-hücumundan müdafiə sistemi yerləşdirəcək.
Ankara Suriya ilə sərhəddə yeni hava-hücumundan müdafiə sistemini yerləşdirərək onu sınaqdan keçirmək niyyətindədir.
AranNews, Türkiyə mediasına istinadən verdiyi xəbərə əsasən, Jurnalistlər bildirirlər ki, Türkiyə hakimiyyəti minaatan əleyhinə “Serhat” radar sistemini, operativ-taktiki təyinatlı raket-artilleriya sistemi “HIMARS”-ı yerləşdirmək niyyətindədir.
Bundan əlavə, sərhəddin 70 kilometrlik kəsiyində mini-dirijablla keşik çəkəcəklər.
“Defense News” portalının Türkiyə təhlükəsizlik xidmətindəki mənbəsinin sözlərinə istinadən verdiyi məlumata əsasən, hava hücumundan müdafiə sistemi ölkənin cənubunda yerləşən Kilis əyalətində, Əlibəyli şəhərindəki sərhəd keçid məntəqəsinin yaxınlığında yerləşdiriləcək. Bunun Qaziantep, Şanlıurfa və Mardin əyalətlərini müdafiə edəcəyi planlaşdırılır.
Suriya ilə Türkiyə sərhəddinin tam uzunluğu 900 kilometr təşkil edir. Xatırladaq ki, daha əvvəl Kilis şəhəri dəfələrlə, Suriyada İŞİD terror təşkilatının nəzarət etdiyi ərazilərdən raket hücumuna məruz qalıb.